Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən bahalı transfer reallaşa bilər

Ən bahalı transfer reallaşa bilər

“Barselona” qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır. Kataloniya klubu “Tottenhem”in hücumçusu Harri Keyni transfer etmək niyyətindədir. Kataloniya təmsilçisi Keyn üçün 223 milyon avro ödəməyə hazır olduğunu bildirib. Qeyd edək ki, keçid baş tutacağı təqdirdə, bu, futbol tarixinin ən bahalı transferi olacaq.
Xatırladaq ki, bundan əvvəl “Barselona” Neymarı 222 milyon avro qarşılığında PSJ-yə satmışdı.
Xəbəri “Goal.com” yayıb.

 

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

12 Dekabr 2018 11:52 - İDMAN
İDMAN

Ən son xəbərləri səhifəmizdən də izləyin