Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat, şöbə və departament rəhbərləri iştirak ediblər. Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi qaydada qəbul edilib, onların müraciətləri dinlənilib.

Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub. Qəbulda mənzilləri məcburi köçkünlər tərəfindən zəbt edilmiş vətəndaşlar da iştirak edib.

Məlumat verilib ki, məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı, Sumqayıt şəhərlərində yararsız və qəzalı binalarda yaşayan köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqların icrasına şəxsən nəzarət edir.

Qeyd olunub ki, 4 minə yaxın məcburi köçkün vətəndaşlara və ya dövlət qurumlarına məxsus mənzil və ya evləri zəbt edərək məskunlaşıb.  Dövlət Proqramına bu məsələnin də həllinə dair bənd əlavə edilib və komitə son vaxtlar bununla əlaqədar iş aparır. Zəbt olunmuş mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin probleminin həlli  üzrə mərhələli şəkildə işlərə başlanılacağı gözlənilir.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

 

“Xalq qəzeti”

11 Dekabr 2018 18:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə