Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Hacıbəylinin varisləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar

Ceyhun Hacıbəylinin varisləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Ceyhun Hacıbəylinin varisləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar. 

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən ekspozisiyaya baxıblar. Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib, neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olublar.

science.gov.az saytı yazır ki, məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

11 Dekabr 2018 18:25 - ELM
ELM
14 Yanvar 2019 | 11:54
Günəş məhv olduqdan sonra...
12 Yanvar 2019 | 11:01
Elm dünyası şokda

Ən son xəbərləri səhifəmizdən də izləyin