Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb

Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb

Ötən həftə Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.

“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər. Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova da açılış mərasimində iştirak edib. Leyla Məmmədova sərgi zamanı qonaqlara DATŞ-ın fəaliyyəti, Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində görülən işlər, eləcə də “Kənddən Şəhərə” layihəsi barədə ətraflı məlumat verib.

Azərbaycan Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Dövlət Aqrar Ticarət Şirkətinin stendində kənd təsərrüfatı məhsulları, o cümlədən qablaşdırılmış “Kənddən Şəhərə” məhsulları və s. nümayiş olunur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

11 Dekabr 2018 18:22 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin