Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada uğuru

Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada uğuru

Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib.  Olimpiada 6 regionda təşkil olunur. Şagirdlərimiz Cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər.

Bu region üzrə 19 komandanın qatıldığı müsabiqədə Azərbaycanı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə təmsil edib. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb.

edu.gov.az/az/page/9 saytı yazır ki, müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirməkdir.

 

Əlipənah BAYRAMOV,
​ “Xalq qəzeti”

11 Dekabr 2018 13:04 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə