Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Övladlığa uşaq götürmək istəyənlərə...

Övladlığa uşaq götürmək istəyənlərə...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov şəxsi Facebook səhifəsində nazirliyin fəaliyyətinə daha önəmli bir sahənin də əlavə olunması barədə məlumat paylaşıb.

Məlumatda deyilir: “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək”.

Övlad götürmək arzusu olanlara məlumat üçün əlavə olaraq bildirək ki, bundan sonra övladlığa götürmə ilə bağlı bütün müraciətləri, yəni, uşağı olmayan şəxslərin bu prosedurla bağlı bütün sualları ƏƏSMN-nə ünvanlanması tövsiyə edilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Dekabr 2018 12:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə