Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Markov: Heydər Əliyev postsovet məkanının ən böyük liderlərindən biri idi

Sergey Markov: Heydər Əliyev postsovet məkanının ən böyük liderlərindən biri idi

Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir.

Rusiyalı politoloq, Dövlət Dumasının sabiq deputatı Sergey Markov Trend İnformasiya Agentliyinə demişdir: “Heydər Əliyev Azərbaycan iqtisadiyyatının sürətli və səmərəli inkişafını təmin edib. Ona qədər Azərbaycan aqrar ölkə idi. Heydər Əliyev əmək məhsuldarlığının sürətli artımını təmin edə və bunun hesabına Moskvada Azərbaycanın sənaye potensialının inkişafına investisiyalara yol aça bildi. Həmçinin elm və mədəniyyətin inkişafına böyük həcmli investisiyalar qoyuldu və bununla da Azərbaycan sürətlə inkişaf etməyə və ölkədə müasir iqtisadi, sosial sistem formalaşmağa başladı”.

S.Markov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev "Xalq cəbhəsi"nin qeyri-peşəkar və radikal siyasəti nəticəsində yaranmış vətəndaş müharibəsi təhlükəsinin qarşısını alıb: “Diplomatik istedadı sayəsində Heydər Əliyev Dağlıq Qarabağda müharibəni dayandıra bildi. O, siyasi sabitliyi təmin etdi və Azərbaycan xalqının bu günə qədər yararlandığı sabit siyasi hakimiyyət qurdu. O, unikal siyasi sistem yaratdı”.

Politoloq vurğulayıb ki, Heydər Əliyev bir tərəfdən dini ənənələrə hörməti, digər tərəfdən isə istənilən radikalizm təzahürünün sərt şəkildə qarşısının alınmasını nəzərdə tutan model yaratmaqla radikalizm problemini həll etdi: “Heydər Əliyev qeyri-dini və dövlət qurumları ilə İslam dininin qarşılıqlı fəaliyyət sistemini əsas götürdü və bu da Azərbaycana bir sıra ciddi problemlərdən qaçmağa imkan verdi”.

Azərbaycanın neft-qaz sektorunun inkişafında ümummilli liderimizin rolundan danışan S.Markov bildirib ki, Heydər Əliyev ölkədə karbohidrogen hasilatı və neft-qaz yataqlarının işlənməsi üçün əlverişli şərait yaratdı, böyük həcmdə xarici investisiyaların cəlb olunmasına imkan verən “Əsrin müqaviləsi”nin bağlanmasını təmin etdi: “Bununla da eyni vaxtda Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına nəqlinin əsası qoyuldu”.

S.Markov deyib ki, Heydər Əliyev bu möhtəşəm sistemi İlham Əliyevə ötürə bildi: "Prezident İlham Əliyev atasının işini davam etdirərək müasir multikultural cəmiyyətin formalaşması daxil olmaqla, bir sıra mühüm tarixi tapşırıqları yerinə yetirdi. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və siyasi baxımdan həssas dönəmdə dövlət postunu bu cür böyük siyasətçinin tutması Azərbaycan xalqının böyük uğuru və xoşbəxtliyidir. Məhz buna görə də Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir”.

11 Dekabr 2018 10:45 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin