Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Fransanın xarici işlər naziri Jan-İv Le Drian ABŞ Prezidenti Donald Trampı fransızların həyatına müdaxilə etməməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə nazir LCI telekanalına açıqlama verib: "Mən də, Fransa prezidenti də Donald Trampa deyirik ki, biz Amerika debatlarında iştirak etmirik, icazə verin biz öz millətimizin həyatı ilə məşğul olaq".

Qeyd edək ki, şənbə günü Tramp "Tvitter" şəbəkəsində yazıb ki, Fransada siyasi böhranı İqlim üzrə Paris sazişindən imtına etməklə və bu sənəd çərçivəsində ödənilən pulları insanlara qaytarmaqla həll etmək olar.

11 Dekabr 2018 10:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə