Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:81) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 106
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanında və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il  9 fevral tarixli 48 nömrəli Fərmanında, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanında və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:  
1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912) aşağıdakı dəyişikliklər edilsin:
  1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.33-cü bəndində “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarə etməyə” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında  Əsasnamə”nin 1-ci hissəsində, 7.2-ci və 8.13-cü bəndlərində “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə, 8.14-cü bənddə isə “dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığının (sərbəst qalığın)” sözləri  “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
 2.1. 2.0.6-cı yarımbənddə “dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı" sözləri “vahid xəzinə hesabının qalığı” sözləri ilə, həmin Qaydaya 6 nömrəli əlavənin adında “Dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı” sözləri isə “Vahid xəzinə hesabının qalığı” sözləri ilə əvəz edilsin;
2.2. 2.0.7-ci yarımbənddən və 14 nömrəli əlavənin 1.3-cü bəndindən “dövlət büdcəsinin” sözləri çıxarılsın;
2.3. həmin Qaydaya 7 nömrəli əlavənin adında “Dövlət büdcəsinin vahid” sözləri “Vahid” sözü ilə əvəz edilsin;
2.4. 2.0.8-ci yarımbənddə və həmin Qaydaya 8 nömrəli əlavənin adında “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1758) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın 2.2-ci bəndinin ikinci  abzasında “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə əvəz edilsin. 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il

 

10 Dekabr 2018 23:15 - FƏRMANLAR
FƏRMANLAR
17 May 2019 | 23:38
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 14 may tarixli 130 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il 24 yanvar tarixli 844 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 5 fevral tarixli 522 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 29 dekabr tarixli 800 nömrəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 13 avqust tarixli 583 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə