Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan tarixində ən biabırçı seçki

Ermənistan tarixində ən biabırçı seçki

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri əsasən, ciddi qanun pozuntuları ilə yadda qaldı. Bu barədə ölkənin İstintaq Komissiyasına çoxsaylı şikayətlər daxil olub. Eyni zamanda, ermənilər seçkilərdə qarşılaşdıqları xoşagəlməz hallarla bağlı “Facebook” sosial şəbəkəsində də statuslar paylaşaraq, bülletenlərə əhəmiyyət verilmədiyini, hətta bir çox hallarda zibil qutularına atıldığını göstərən fotoşəkillər paylaşıblar. 
Sosial şəbəkə istifadəçilərinin statuslarında Ermənistan əhalisinin, xüsusilə gənclərin yeni hökumətin ölkədəki ağır sosial-iqtisadi problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında olmadığı bildirilib. Əhalinin 46,86 faizinin seçkilərdə iştirak etməsi də məhz bu inamsızlıqla bağlıdır.
Düşmən ölkənin tanınmış şəxsləri də növbədənkənar parlament seçkilərinin saxtakarlıqla keçirildiyini diqqətə çatdırıblar. Ermənistanın Respublika Partiyasının proporsional seçki siyahısına daxil olan sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan bu siyasi kampaniyanın qısa davam etməsini seçki təbliğatı dövründə hakimiyyət tərəfindən edilən təhdidlərlə əlaqələndirib. 
“Şahid” müşahidə missiyası da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində kütləvi qanun pozuntusuna yol verildiyini vurğulayıb. Missiyanın yaydığı məlumatda seçkilərə nəzarəti həyata keçirmək üçün bəzi rayonlara əlavə polis qüvvələri cəlb olunduğu, məntəqələrə kənar şəxslərin yerləşdirildiyi, səsvermə gizliliyinin pozulması, seçicilərin qeydiyyatdan imtina etməsi, habelə təsadüfi köməyin olması halları diqqətə çatdırılıb. 
“Çiçəklənən Ermənistan” partiyasının namizədi Naira Zöhrabyan isə “Facebook” hesabında canlı yayım zamanı bildirib ki, Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merləri və icma rəhbərlərinə Nikol Paşinyanın “Mənim addımım” blokuna səs vermələri barədə göstərişlər verib. O, həmçinin xatırladıb ki, əlində adıçəkilən bloka üzv namizədlərdən birinin vətəndaşlara maliyyə vasitəsilə təsir göstərməsi barədə informasiya var. İnformasiya öz təsdiqini tapacağı halda dərhal hüquq-mühafizə orqanlarına xəbər verəcək.
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində vətəndaş fəallığı gözlənilən səviyyədə olmayıb. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan da seçkilərdə fəallığın 48,63 faiz təşkil etdiyini bildirib. Bu isə düşmən ölkədə reallaşan seçkilərdə insanların seçkiyə şübhə ilə yanaşdıqlarından, onun demokratik keçirilməsindən xəbər verir.

Səbuhi ABBASOV, 
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

10 Dekabr 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin