Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq”

 “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq”

Bakı Slavyan Universitetində  bu mövzuda “dəyirmi masa” keçirilib.
Yunanıstan, Avstriya, Rusiya, Belarus, Bolqarıstan, Ukrayna,  eləcə də,  digər ölkələrin Azərbaycandakı səfirlik  nümayəndələrinin, universitetin professor, müəllim və tələbələrinin   iştirak etdikləri tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini  bildirdi.
Rektor cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırdı. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində səmərəli tədbirlərin reallaşdırıldığını deyən N. Əliyeva, eyni zamanda, mövzunun aktuallığını  da  vurğuladı. Ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildirdilər.
Sonra   səfirliklərin nümayəndələri  universitet tələbələrinin suallarını  cavablandırdılar.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

10 Dekabr 2018 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə