Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən böyük silah istehsalçıları

Dünyanın ən böyük silah istehsalçıları

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən nəşr olunmuş və dünyada hərbi istehsal və ixrac vəziyyətinə dair hesabatda planetin ən böyük silah istehsalçılarının adları açıqlanıb. Bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, statistikada ümumilikdə 100 aparıcı istehsalçı barədə məlumatlar yer alıb. Pul ekvivalentində Top-100 şirkətin silah satışı həcmi 398,2 milyard ABŞ dolları təşkil edib. Bu isə 2016-cı ilə nisbətən 2,5 faiz, 2002-ci ildəki göstəricidən isə 44 faiz çoxdur.
Reytinqdə birinci yeri ABŞ tutur. 2017-ci ildə Top-100-də 42 ABŞ şirkəti yer alıb. Onlar ümumi həcmin 57 faizini özündə cəmləşdirib. Rusiya isə ümumi 9,5 faizlik payla 2002-ci ildən ikinci pillədə qərarlaşan Böyük Britaniyanı bu mövqedən sıxışdırıb. Britaniya isə uyğun olaraq, üçüncü sıraya düşüb. Qeyd olunur ki, Rusiya 2017-ci il üzrə dünyada silah satışı üzrə ikinci yerə yüksəlib.
SIPRI digər önəmli hadisə kimi Türkiyə şirkətlərinin satışlarında 24 faiz artım qeydə alındığını diqqətə çatdırıb.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə