Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Yaponiya adaların qaytarılmasını müzakirə etməyiblər

Liderlər Kurildə birgə iqtisadi fəaliyyətə dair müzakirə aparıblar

Rusiya və Yaponiya adaların qaytarılmasını müzakirə etməyiblər

Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Sindzo Abe sonuncu danışıqları zamanı Kuril adalarının Yaponiyaya qaytarılması məsələsi ilə bağlı heç bir müzakirə aparmayıblar. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini, prezidentin Uzaq Şərq Federal Dairəsində səlahiyyətli nümayəndəsi Yuri Trutnev bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 
“Mən xidməti vəzifəmlə əlaqədar Vladimir Vladimiroviç Putinlə Sindzo Abenin bir sıra danışıqında iştirak etmişəm. Bu danışıqlar zamanı Cənubi Kuril adalarının qaytarılması ilə bağlı problem bir dəfə də müzakirə olunmayıb”, – deyə Trutnev qeyd edib. 
Rusiya rəsmisi əlavə edib ki, iki liderin danışıqlarında əsasən Rusiya və Yaponiyanın Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib. “Mən artıq bu barədə danışmışam, hesab edirik ki, Yaponiya Kuril adalarına investisiya qoyulması məsələsində daha fəal olmalıdır. Buna başqa heç nə əlavə edə bilmərəm”. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin