Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sarı jiletlilər”in hökumətdən yeni tələbləri

“Sarı jiletlilər”in hökumətdən yeni tələbləri

Fransada “Sarı jiletlilər”in hökumətə qarşı manifesti yayımlanıb. 
“Anadolu” agentliyinin yaydığı məlumatda qeyd edilir ki, özündə 25 tələbi əks etdirən manifestdə vergidə islahatlar üçün ümumxalq məclisinin çağırılması, vətəndaşın vəziyyətindən asılı olaraq 25 faizdən artıq verginin qadağan edilməsi, minimal əmək haqqının qaldırılması öz əksini tapıb. 
Etirazçılar həmçinin bank inhisarının azaldılmasını, daxili borcun ləğv edilməsini, təqaüdlərin 40 faiz artırılmasını, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin yaradılmasını, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsini, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılmasını, həbs həyatı yaşamış şəxslərin seçkili orqanlara seçilməsinin ömürlük qadağan edilməsini tələb ediblər.
Bundan başqa, etirazçılar Fransanın AB və NATO-nun tərkibindən çıxmasını, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınmasını, özəlləşdirmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılmasını, yollardan radar və kameraların götürülməsini, təhsildən ideologiyanın çıxarılmasını, KİV-dəki inhisarın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, ətraf mühiti çirkləndirən paketlərin dövriyyəsi və istehsalının, geni dəyişdirilmiş orqanizmlərin qadağan edilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsini, o cümlədən miqrant axınına son qoyulmasını istəyiblər.

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə