Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xavyer Kalyexa “Vilyarreal”la vidalaşdı

Xavyer Kalyexa “Vilyarreal”la vidalaşdı

“Vilyarreal” baş məşqçisi Xavyer Kalyexa ilə yollarını ayırıb. 
İspan mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. “Vilyarreal”ın bu mövsüm uğursuz çıxışı Kalyexanın istefaya göndərilməsinə səbəb olub. Qeyd edək ki, son turda “Selta”ya doğma meydanda 2:3 hesabıyla məğlub olan La Liqa təmsilçisi 15 turdan sonra 14 xalla hazırda 17-ci pillədədir.
Məlumatı “Goal.com” yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

10 Dekabr 2018 21:40 - İDMAN
İDMAN

Ən son xəbərləri səhifəmizdən də izləyin