Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən bahalı Milad yolkası

Ən bahalı Milad yolkası

Almaniyada Avropanın ən bahalı Milad yolkası bəzədilib.
Yolka ağacı Münhendə quraşdırılıb. Üzərində 2018 qızıl sikkə quraşdırılan ağac piramida formasındadır.
Məlumata görə, qurğunun ümumi çəkisi 63 kiloqramdan, dəyəri isə 2,6 milyon dollardan çoxdur.
Milad üçün bu hazırlığı qiymətli metal satışı ilə məşğul olan “Pro Aurum” şirkəti görüb. Qeyd olunur ki, qızıl ağac dekabrın 15-dək şirkətin ofisində saxlanılacaq.
Məlumatı “Bild” nəşri yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

10 Dekabr 2018 21:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin