Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai kitabxanalar bağlanır

İctimai kitabxanalar bağlanır

İngiltərədə təxminən 130 ictimai kitabxana bağlanıb. Araşdırmalar  nəticəsində məlum olub ki, 2010-cu ildən bəri hər il işçilərin sayının azalması müşahidə olunur. Həmçinin Mançester mərkəzi kitabxanası, Londondakı Vembley və Vulviç kitabxanalarının üzvləri bu il on milyon nəfərədək azalıb.
İl ərzində yerli hakimiyyət orqanları tərəfindən kitabxana xərcləri 30 milyon funt azaldılaraq 741 milyon funta endirilib. İngiltərə, Uels və Şotlandiyadakı 127 kitabxanadan 712 nəfər işdən azad olunub, könüllülərin sayı isə üç min nəfərədək artırılıb.
Məlumatı “BBC” yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

10 Dekabr 2018 21:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin