Ən son xəbərlər
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova şəxsi Facebook səhifəsində maraqlı bir xəbər paylaşıb. Xəbərin maraqlı cəhəti odur ki, Masallı rayonunun Dəmirçi kəndinin şagirdi aktivlik göstərib. O, sinif yoldaşlarından fərqli addım ataraq Şaxta Babaya məktub ünvanlayaraq, arzularını bildirib. A.Bağırova yazır:
“Bu gün – dekabrın 10-da Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov Dəmirçi kənd ümumi orta məktəbinə gəlib. T.Əkbərovun məktəbə gəlişinin məqsədi, VII sinifin ən fəal şagirdi olan və Şaxta Babaya məktubla müraciət edən Əşrəfov Tufanla görüşmək idi.
Təhsil şöbəsinin müdiri Tufanla dərs otağında görüşdü, onun dərsləri ilə, sinif yoldaşları ilə yaxından tanış oldu. Fəal şagird olduğu üçün haqqında xoş sözlər dedi, dərslərində uğur arzuladı. Rayon təhsil şöbəsi tərəfindən T.Əşrəfova “Dünyanın ən yaxşı dostuna” plaketi və digər hədiyyələr təqdim edildi.
Tariyel Əkbərov Tufana həmişə mənəvi cəhətdən dost olacağını bildirdi. Tufan bu görüşdən çox razı qalaraq, Tariyel müəllimə öz təşəkkürünü bildirdi”.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə