Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsir və girovların dəyişdirilməsi münaqişənin həlli prosesini tezləşdirə bilər

Əsir və girovların dəyişdirilməsi münaqişənin həlli prosesini tezləşdirə bilər

Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti əsasında Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirakı barədə çox yazılır. 
Bildirilir ki, tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olmuşdur. Söhbət əsnasında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdır.
Ancaq bir qarabağlı kimi, məni daha çox məmnun edən məsələ Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsinin müzakirə edilməsi oldu. Dövlət başçımız Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirmişdir ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların ­arasında yer almalıdır. Azərbaycan tərəfinin fikrincə, humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. 
Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.

Nazir RÜSTƏMOV,
Əməkdar artist

8 Dekabr 2018 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin