Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi

Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi

Azərbaycan dövləti və onun apardığı siyasətin MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin tərəfindən sammitə şəxsən dəvət edilməsi faktı özlüyündə bir çox mətləbləri ortaya qoyur və Azərbaycanın bu məkanda xüsusilə Ermənistanla müqayisədə xeyli fərqli və üstün imicə, rola malik olduğunu təsdiqləyir. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev qeyd edib ki, bu gün Azərbaycan Prezidentinin apardığı xarici siyasət kursunun MDB ölkələri arasında iqtisadi, ticarət, investisiya və nəqliyyat sahələrində inteqrasiyanın daha da dərinləşməsində mühüm təsirlərə malik olduğuna xüsusi diqqət yetirilməlidir: “Azərbaycanın sahib olduğu infrastrukturlar, həyata keçirdiyi Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb, Bakı-Tbilisi-Qars kimi layihələri MDB üzvü olan ölkələrin 90 faizindən çoxunun imkanlarını cəlb etmək gücünə malikdir. Mərkəzi Asiya dövlətləri, Rusiyanın özü, Belarus və Moldova üçün bu layihələrdən böyük faydalanma imkanları var bu istiqamətdə artlq addlmlar atılır. Konkret desək, indi MDB-nin qarşısında duran iqtisadi-ticarət və nəqliyyat inteqrasiyası vəzifələrinin uğurla həllində Azərbaycanın böyük qüvvə olduğuna şübhə yoxdur. Bu istiqamətdə Azərbaycanın Ermənistanı müqayisəolunmaz dərəcədə üstələdiyini qeyri-formal görüşün nümayiş etdirdiyi reallıqlardan biri saymaq olar. Hətta vizual məsələlərdə belə, Azərbaycan Prezidentinə verilən önəm özünü qabarıq şəkildə büruzə verdi. Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinin nümayişi zamanı dövlət başçılarının əyləşmək sırası bir təsadüf kimi qəti şəkildə qəbul oluna bilməz”.
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Ermənistan lideri Nikol Paşinyanla görüşü xüsusi maraqlı məzmuna və mesajlara malikdir: “Sözsüz ki, söhbət Qarabağ mövzusundadır və Azərbaycan Prezidentinin hazırda işğalçı bir dövlətin rəhbəri ilə hər hansı başqa mövzuda müzakirəsi mümkün də deyil. Ancaq indiki qüvvələr nisbətini nəzərə alsaq, Paşinyanın müzakirəyə gəlməsi, sülh danışıqları ilə problemin həllinin qaçılmaz olduğu ilə razılaşması, atəşkəsi və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi barədə danışıqlara razılaşması Ermənistanın mövqelərinin əhəmiyyətli dərəcədə zəiflədiyini ifadə edir, həm də Paşinyanın öz zəif mövqeyini yaxşı anladığını göstərir. Azərbaycan Prezidentinin girovların istisnasız olaraq dəyişdirilməsi üzərində xüsusi israrlı olması sübut edir ki, Prezident İlham Əliyev diplomatik danışıqlarda aşkar üstünlüyə malikdir və hər bir Azərbaycan vətəndaşının taleyi uğrunda güzəştsiz mübarizə aparır”.
Aydın Quliyev əlvə edib ki, qeyri-rəsmi zirvə görüşü çərçivəsində bir neçə məqam bu sammitin mühüm məsələlərə yekun vurduğunu, bir sıra mühüm məsələlərə isə baza yaratdığını deməyə əsas verir: “Bunlardan ən mühümü Azərbaycan diplomatiyasının üstünlüklərinin bir daha nümayiş etdirilməsindən ibarətdir. Xüsusilə də Qarabağ problemi ilə bağlı bu üstünlüklərin sammitdən az sonra özünü göstərəcəyi çox realdır”.

 

8 Dekabr 2018 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin