Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Qlobal Fondun İİV Layihəsi çərçivəsində İFA analizləri üçün tələb olunan reaktivlərin və reagentlərin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Qlobal Fondun İİV Layihəsi çərçivəsində İFA analizləri üçün tələb olunan reaktivlərin və reagentlərin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. İFA analizləri üçün tələb olunan reaktivlərin və reagentlərin satınalınması. 
Mallarla təchiz olunma müddəti – 2019-cu il ərzindədir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanlarda yerləşən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs – Cəfərov Şamil Seyfulla oğlundan, telefon: 012-567-48-86 (daxili 21) ala bilərlər.
İştirak haqqı tələb olunmur
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il yanvarın 24-ü saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-cu il yanvarın 31-i saat 18.00-a qədər, Bakı şəhəri, Ceyhun Hacibəyli kücəsi 16 və 18 ünvanlarda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-cu il fevralın 1-i saat 17.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

8 Dekabr 2018 21:30 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Yanvar 2019 | 21:01
BİLDİRİŞ

Ən son xəbərləri səhifəmizdən də izləyin