Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” yeni il ərəfəsində müştərilərinə daha bir eksklüzivi təqdim etdi

“Azercell” yeni il ərəfəsində müştərilərinə daha bir eksklüzivi təqdim etdi

Müştərilərinə geniş seçim imkanı vermək, onların rahatlığını təmin etmək üçün “Azercell Telekom” MMC  yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırmaqda davam edir. Dekabr ayının 5-də, yeni ilin yaxınlaşdığı günlərdə “Azercell” Sabirabad şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında müştərilər üçün yeni eksklüziv mağazasını istifadəyə verdi. 
Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, mobil nömrələr üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nağd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Digər eksklüziv mağazalarda olduğu kimi, “Azercell” Sabirabad şəhərindəki müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 5-dən etibarən 7 gün müddətində Sabirabad  “Azercell Eksklüziv mağazası”ndan yeni smartfon alan hər bir müştəri “Azercell” nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 manat hədiyyə paketi qazanacaqdır.

“Xalq qəzeti”

 

8 Dekabr 2018 21:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə