Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı iş adamlarına qarşı təzyiq artırılır

Rusiyalı iş adamlarına qarşı təzyiq artırılır

“The Daily Telegraph”ın yaydığı məlumata görə, Britaniya xüsusi xidmət orqanları Rusiya rəhbərliyi ilə yaxın əlaqələrdə şübhəli bildiyi 6 oliqarxa qarşı təzyiqlərini gücləndirmək niyyətindədir.
Məlumata görə, Böyük Britaniyanın kəşfiyyat orqanları Rusiya hökumətinə yaxın hesab olunan rus iş adamlarının Avropada sərbəst hərəkətlərinə mane olmağı hədəfləyib. 
Mənbə qeyd edir ki, Britaniya kəşfiyyatı 6 oliqarx – Roman Abramoviç, İqor Seçin, Əlişir Usmanov, Oleq Deripaska, Arkadi Rottenberq və Boris Rottenberqə qarşı təzyiqi artırmaq, eləcə də sahibkarların manevr imkanlarını məhdudlaşdırmaq niyyətindədir. Həmçinin, bu addımların Solsberi insidentinə cavab tədbirlərinin bir hissəsi olacağı bildirilib.
Xatırladaq ki, Böyük Britaniyanın gizli kəşfiyyat xidmətinin (Mİ-6) rəhbəri Aleks Yanger bəyan edib ki, ölkəsi Rusiyanı stabilləşdirməyə çalışmır. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

8 Dekabr 2018 21:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə