Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreyada qatar qəzası

Cənubi Koreyada qatar qəzası

Koreya KİV-lərinin məlumatına görə, Kannın şəhərindən paytaxt Seula hərəkət edən sürət sərnişin qatarı relsdən çıxıb. Qatarın bütün 10 vaqonu aşıb. Saatda 103 kilometr sürətlə hərəkət edən qatarda 198 sərnişin olub. 
Qəza yerli vaxtla səhər saat 7:35-də, qatar stansiyadan çıxandan 5 dəqiqə sonra baş verib. 14 sərnişin xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda xüsusi komissiya qəzanın səbəblərini araşdırır.

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

 

8 Dekabr 2018 21:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin