Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Kalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İbrahim Kalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə görüşərək, onunla iki ölkə arasında Münbiç üzrə “yol xəritəsi”nə əməl olunması istiqamətində əməkdaşlığı müzakirə edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Tərəflər bir daha Münbiçdə “yol xəritəsi” üzrə qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Ankara ümid edir ki, ilin sonuna qədər bu sahədə konkret addımlar atmaq mümkün olacaq.
Görüşdə bu ilin noyabrında İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə Suriya münaqişəsinin nizamlanması məqsədilə keçirilən sammitin əhəmiyyəti vurğulanıb. Ankara və Vaşinqton hesab edir ki, gələcəkdə də analoji tədbirlərin keçirilməsi vacibdir.
İbrahim Kalın vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunması, PYD və YPG terror təşkilatlarına qarşı mübarizənin gücləndirilməsi rəsmi Ankara üçün xüsusi əhəmiyyət kəsb edir.

M.HACIXANLI, 
“Xalq qəzeti”

8 Dekabr 2018 21:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə