Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada etiraz aksiyaları

Fransada etiraz aksiyaları

Fransada "sarı jiletlilər" hərəkatının növbəti etiraz aksiyası başlayıb. Trend-in məlumatına görə, Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd olunur ki, etiraz aksiyaları ilə əlaqədar Fransada ümumilikdə 90 minə yaxın polis səfərbər edilib. Paytaxt Parisdə 8 min polis əməkdaş və 12 zirehli maşın hazır vəziyyətə gətirilib.
İri şəhərlərdə ticarət mərkəzləri, muzeylər, eləcə də Eyfel qülləsi bağlanıb. Futbol üzrə Fransa çempionatının bir neçə matçı təxirə salınıb.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlilər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, bir həftə əvvəl etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

“Xalq qəzeti”

8 Dekabr 2018 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə