Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın təqdim etdiyi qətnamə qəbul edilmədi

ABŞ-ın təqdim etdiyi qətnamə qəbul edilmədi

CNN-in yaydığı məlumata görə, BMT Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs verməyərək HƏMAS-ı terror təşkilatı kimi tanımayıb.
Qeyd edək ki, dünən səhər saatlarında ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasına qətnamə layihəsi təqdim edib. Layihədə fələstinlilərin müqavimət hərəkatı olan HƏMAS-ın terror təşkilatı kimi tanınması təklif edilib. Lakin səsvermə zamanı ABŞ səs çoxluğu qazana bilməyib və HƏMAS terror təşkilatları siyahısına salınmayıb.
Beynəlxalq mətbuatın yaydığı xəbərlərə görə, ABŞ-ın nümayəndəsi N.Heyli səsvermədən əvvəl assambleya üzvlərinə qətnaməyə səs vermələri üçün təzyiq edib. Buna baxmayaraq, üzv dövlətlərin əksəriyyəti qətnamənin əleyhinə səs veriblər.
Məlumat üçün bildirək ki, BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleya qurumun hüquqi bölməsi hesab edilir. Assambleyanın bütün üzvlərinin səsvermə hüququ olsa da, heç birinin veto hüququ yoxdur.

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

8 Dekabr 2018 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin