Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kino klub”un növbəti tədbiri keçirilib

“Kino klub”un növbəti tədbiri keçirilib

Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar sosial aksiya olaraq milli və dünya kino incilərini tamaşaçılara daha da yaxından tanıtmaq, eləcə də yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış “Kino klub”un Nizami Kino Mərkəzində növbəti tədbiri keçirilmişdir. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, kinossenarist, şair Elşad Ərşadoğlu tanınmış macar rejissoru İldiko Enyedinin 2017-ci ildə çəkdiyi və bir çox kino festivallarının qalibi olmuş, o cümlədən, 67-ci Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” mükafatı qazanmış “Bədən və ruh” bədii filmi haqqında tamaşaçılara məlumat vermişdir. Daha sonra film nümayiş olunmuş və maraqla qarşılanmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Dekabr 2018 15:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin