Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İstiqlal Muzeyində “Parlament” adlı Açıq dərs keçirildi

Azərbaycan İstiqlal Muzeyində “Parlament” adlı Açıq dərs keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində 7 dekabr 2018-ci il tarixində 229 saylı məktəbin şagirdləri üçün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illiyinə həsr olunmuş “Parlament” adlı Açıq dərs keçirildi.

Açıq dərsdə məktəblilər üçün muzeyin baş elmi işçisi Fəxriyyə Əliyeva, elmi işçi Sufayi Məmmədova və bələdçi Arzu Axundova parlament tarixindən, AXC parlamentinin və Müstəqil Azərbaycanın parlamentinin yaranması və fəaliyyəti haqqında mühazirə oxudular. Açıq dərsdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirildi.

Açıq dərsin sonunda məktəblilər muzeyin ekspozisiyası ilə yaxından tanış oldular.

 

M.MÜKƏRRƏMOÖLU,
”Xalq qəzeti”

8 Dekabr 2018 15:23 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin