Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da növbəti “Açıq mikrofon” təşkil olunub

ADNSU-da növbəti “Açıq mikrofon” təşkil olunub

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərdən danışan rektor, prof. M.Babanlı qış imtahan sessiyasına hazırlıq, imtahan qaydaları haqqında tələbələri məlumatlandırıb.

Dərslərin daha yaxşı təşkil olunması üçün universitetə yerli və əcnəbi professorların dəvət olunduğunu bildirən M.Babanlı bu işin mütəmadi davam etdiriləcəyini söyləyib.Universitetdə Startap festivalı və Məzun-Karyera Sərgisinə hazırlıq işləri haqqında danışan rektor M.Babanlı tələbələri bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Rektor M.Babanlı, həmçinin elmi işlərdə qazanılan uğurlar, beynəlxalq əlaqələr, xarici universitetlərlə mübadilə proqramları, nizam-intizam və başqa məsələlərdən danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

8 Dekabr 2018 15:18 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə