Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva Nəqliyyat Nazirliyi: BTQ Azərbaycanla Litva arasında nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirəcək

Litva Nəqliyyat Nazirliyi: BTQ Azərbaycanla Litva arasında nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirəcək

Bakı-Tbilisi-Qars dəmiryol xətti (BTQ) Azərbaycanla Litva arasında nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

Bunu Trend-ə Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən bildiriblər. Nazirlikdən məlumat veriblər ki, Litva hazırda “Vikinq” layihəsini həyata keçirir:  “Bu, Litva, Belarus və Ukraynanın Baltik və Qara dəniz limanlarını dəmir yolu ilə birləşdirən birgə layihəsidir. Bu marşruta Azərbaycan və Gürcüstanın qoşulmasından sonra əlavə yük axını cəlb oluna bilər. Ona görə də 2016-cı ilin mayında “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq” layihəsinə qoşulması barədə protokol imzalanıb. Bakı-Tbilisi-Qars dəmiryol xətti iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın möhkəmlənməsi üçün faydalıdır”.

Nazirlik bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə təcrübə mübadiləsi hər iki tərəfə səmərəli ola bilər: “Nəzərə almaq lazımdır ki, Bakı limanı dəmir yolları ilə qarşılıqlı əlaqənin inkişafında böyük təcrübəyə malikdir, Klaypeda dövlət dəniz limanında isə bir çox strateji layihələr reallaşdırılır”.

8 Dekabr 2018 15:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin