Ən son xəbərlər

Son buraxılış
Arxiv

Festivalda könüllülər üçün əmək yarmarkası təşkil edilib

Festivalda könüllülər üçün əmək yarmarkası təşkil edilib

Azərbaycan Respublikası Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib.

Yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 68 müəssisə tərəfindən 299  vakant iş yeri təqdim olunub, vakant iş yerlərinə göndərişlər verilib. 

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, yarmarkada əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə də tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

8 Dekabr 2018 14:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin