Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən icra olunan özünüməşğulluq proqramında digər həssas qruplar kimi, məcburi köçkünlərin də fəal iştirakına şərait yaradılıb.

Cari ildə özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 1255 nəfəri məcburi köçkünlərdir. Onlardan artıq 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yaradılmış bu təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri davam edir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Dekabr 2018 14:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin