Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat Əli Hüseynli: Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur

Deputat Əli Hüseynli: Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur

Uzun illərdir ki, Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin dünən plenar iclasında çıxış edərkən deyib.
Zatulinin İrəvanda “Lazarev klubu”nun iclasında Azərbaycana qarşı səsləndiridiyi fikirlərə münasibət bildirən komitə sədri deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir.
Ə.Hüseynli qeyd edib ki, son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertlər Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olması barədə fikirlər söyləyiblər: “Lakin Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir. Azərbaycan-Rusiya münsaibətlərinə xələl gətirmək mümkün deyil. Zatulinin bu addımı Ermənistan və Rusiya arasındakı soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil”.
“Lazarev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri vurğulayıb ki, Yerevanda keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O sıravi deputat olsaydı, bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

8 Dekabr 2018 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin