Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənidən “insani jest”?!

Ermənidən “insani jest”?!

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki,  rəsmi İrəvan  insani jest olaraq, azərbaycanlı girov  Elnur Hüseynzadəni azad etmək niyyətindədir. Amma sonra məlum olub ki, rəsmi İrəvan yox, qondarma “DQR”-in sözçüsü Artak Nersesyan bu açıqlama ilə çıxış edib. 
Nersesyan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov yox, cinayətkar adlandırıb. Azərbaycanda saxlanılan 3 erməni  əsrin ikisinin ağır xəstə olmasını bildirərək, onların azərbaycanlı girovlarla dəyişdirilməsi təklifinin  beynəlxalq hüquq  normaları  ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.  
Nersesyan Azərbaycandakı üç erməni girovun heç bir cinayət işlətmədiyini iddia edir, ermənilər tərəfindən saxlanılan Dilqəm Əsgərov və  Şahbaz Quliyevin isə  adi girov kimi geri verilməsini mümkünsüz hesab edir.
Maraqlıdır, görəsən həqiqətənmi Azərbaycanda saxlanılan erməni əsirlərin neçə-neçə cinayətdə suçlandığını Nersesyan bilmir? 
Amma görünən odur ki, ermənilərin  Avropa Birliyindən 60  milyon dollar məbləğində qrant layihə almağa  müvəffəq olması,  fərqinə varmadan  ermənilərdən yana fikir bildirən Mariya Zaxarovanın diqqətindən kənarda qalıb. 
Əks halda, qlobal və olduqca  mühüm layihələrdən kənarda qalan rəsmi İrəvanı birdən-birə yeni texnologiyalarla təmin etmək məqsədi ilə görəsən hansı səbəbdən  60 milyon dollar məbləğində vəsaiti  peşkəş etmək fikrinə düşüblər? Bax bu həqiqətən də, düşündürücü məqamdır...
Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqlarında oturan Nersesyanın haqdan, ədalətdən, beynəlxalq hüquq normalarından danışmağa haqqı yoxdur. Mariya Zaxarova da işğalçı dövlətdəki “insani jestdən” danışır. Zaxarova bilməlidir ki, Rusiya ilə Qərb arasında  “futbol topu”nu xatırladan  işğalçı Ermənistan bəşəri dəyərlərə , beynəlxalq hüquq normalarına çoxdan arxa çevirib.

Ülkər MUSAZADƏ

8 Dekabr 2018 00:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə