Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin Sankt-Peterburq səfəri ölkələrarası münasibətlərin güzgüsünə çevrildi

Azərbaycan Prezidentinin Sankt-Peterburq səfəri  ölkələrarası münasibətlərin güzgüsünə çevrildi

Dünya diplomatiyası  elə bir səviyyəyə gəlib ki, indi artıq ölkələrarası  münasibətlərin tənzimlənməsində  dövlət siyasəti ilə yanaşı liderlərin şəxsi münasibətləri də mühüm rol oynayır. Biz bunu Azərbaycan – Rusiya, Azərbaycan – Türkiyə,  Azərbaycan – Belarus, eləcə də  digər region ölkələri ilə münasibətlərdə açıq şəkildə  görürük.
Dövlət başçımızın dekabrın 6-da  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt – Peterburq şəhərinə səfəri zamanı isə bu arqumentin daha canlı nümunəsini gördük. Şəxsən mən bir azərbaycanlı olaraq, dünyanın söz sahiblərindən olan Rusiya Federasiyasının  dövlət başçısının Azərbaycan Prezidentinə göstərdiyi hörmət və ehtiramla fəxr etdim.
Yeri gəlmişkən, dövlət başçılarının Sankt-Peterburqdakı qarşılanmasına münasibət bildirən erməni ekspertlər kinayə ilə yada salırlar ki, Nikol Paşinyan siyasətdə uduzduğu kimi incəsənətdə də (balet tamaşası nəzərdə tutulur –red.) heç nəyə nail ola bilmədi. Bu isə ölkələrarası münasibətlərin Sankt-Peterburq güzgüsündəki görüntüsü idi.
Bütün bunlar sübut edir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursumuz Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Təranə BALAYEVA, 
Əməkdar mədəniyyət işçisi

8 Dekabr 2018 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin