Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq

Hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq

Bugünlərdə Milli Məclis Azərbaycan  Respublikasının 2019-cu il üçün dövlət büdcəsini qəbul edib. Builki büdcə, təbii ki, ötən illərə nisbətən daha çox sosialyönümlü olması ilə diqqəti cəlb edir. Bu fikir Milli Məclisdə sənədin müzakirəsi zamanı edilən çıxışların çoxunda səsləndirildi. Hətta birinci oxunuşda bəzi deputatların səsləndirdiyi təkliflər nəzərə alındıqdan sonra ikinci və üçüncü oxunuşda sənədin sosialyönümlülüyünü daha aydın görmək mümkün idi. Bu təkliflərin büdcə layihəsinin ikinci, üçüncü oxunuşlarında ciddi şəkildə nəzərə alınması ictimaiyyət tərəfindən də razılıqla qarşılandı. 
Ümumiyyətlə, qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 15 ildə həyata keçirdiyi çevik və uzaqgörən sosial-iqtisadi strategiya, qlobal proseslərə və müasir çağırışlara uyğun islahatlar proqramı milli iqtisadiyyatın dinamik inkişafını, əmək resurslarından səmərəli istifadəni və məşğulluq səviyyəsinin mütəmadi olaraq artımını, bununla paralel əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edib. 
Müzakirələr zamanı məlum oldu ki, hazırda 2,1 milyona yaxın insana pensiya və müavinət, təqaüd və sosial yardım formasında ödənişlər edilir. Bu isə ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi deməkdir. Ölkədə sosial müdafiə sistemi vasitəsilə 
1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif növ müavinətlər, 64 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 min 200 nəfər üzvü isə ünvanlı sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir.
Bütün bunlar və digər parametrlər bütövlükdə 2019-cu il büdcəsinin mükəmməl sənəd olduğunu, mövcud reallıqlar nəzərə alınmaqla tərtib edildiyini göstərir. Peşəkarlıqla hazırlanmış bu mühüm maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətinin artırılmasına, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin daha da möhkəmləndirilməsinə imkan verəcək. Büdcənin sosialyönümlülüyü sayəsində, demək olar ki, hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. Büdcədə nəzərdə  tutulan sosial xərclər sosial rifahın yaxşılaşdırılmasının dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bir daha sübut edir.

Teymur ZEYNALOV, 
 iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

8 Dekabr 2018 00:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin