Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Jewish Journal” Hanuka bayramı və Azərbaycanda tolerant cəmiyyətdən yazıb

“Jewish Journal” Hanuka bayramı və Azərbaycanda tolerant cəmiyyətdən yazıb

Amerikanın “Jewish Journal” nəşrində Xocalı qırğınının canlı şahidi Dürdanə Ağayevanın yəhudilərin Hanuka bayramı və onun Azərbaycanın tolerant cəmiyyəti üçün əhəmiyyətindən bəhs edilən məqaləsi dərc olunub.  
Faciəli taleyindən danışan D.Ağayeva gələcəyə inamla addımladığı dirçəliş yolundan söz açıb. Qeyd edib ki, Hanuka Bakının izdihamlı küçələrindən tutmuş, Qubada yəhudilərin yaşadığı Krasnaya Sloboda kəndinədək Azərbaycanın hər yerində bayram edilir. Müəllif yazır ki, insanlar yəhudilərin tarixinə aid olan Hanuka irsinin əhəmiyyətini yaxşı başa düşürlər. Bu millətin bütün dünyadakı nümayəndələri möcüzə nəticəsində XX əsrdə məruz qaldıqları bütün faciələri mətanətlə adlayıb və hazırda tərəqqi yoluna qədəm qoyublar. D.Ağayeva qeyd edir: “İşıq bayramı olan Hanukanın mənası qaranlıqlar (ölüm) dünyasında həyatın (işığın) yaradılmasıdır. Düşünürəm ki, bu, bayramın qayəsini təşkil edən və mənim də sıx bağlandığımı hiss etdiyim ən güclü öyüddür”. Müəllif daha sonra yazır: “Bu öyüd təkcə mənə və sağ qalmış digər insanlara deyil, bizim milli xarakterimizin ayrılmaz hissəsi olan etiqadın, dinlərarası və mədəniyyətlərarası tolerantlığın, harmoniya və sülhün bərqərar olacağı bir dünyaya işıq saçan ölkəmizdə yaşayan bütün qardaş və bacılarıma aiddir. Biz, həmçinin uzun illərdir azərbaycanlıları məhv etmək, tariximizi, mədəniyyətimizi və adət-ənənələrimizi yox etmək istəyən yadelli işğalçıların təcavüzündən əziyyət çəkən ölkəyik”.

Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

8 Dekabr 2018 00:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin