• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Xəzərin statusu haqqında konvensiyanın imzalanması Azərbaycanın iqtisadi gücünü artıracaq

Ekspert: Xəzərin statusu haqqında konvensiyanın imzalanması Azərbaycanın iqtisadi gücünü artıracaq

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycan, eləcə də digər Xəzəryanı ölkələr üçün tarixi hadisədir, çünki bu, regionda və dünyada geosiyasi gündəliyə aid olan məsələlərin həlli üçün, eləcə də sıx qarşılıqlı fəaliyyət üçün geniş perspektivlər açır.

Bunu Trend-ə azərbaycanlı ekspert, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, bu hadisəni Azərbaycan diplomatiyasının strateji qələbəsi kimi dəyərləndirmək olar:

“Prezident İlham Əliyev sammit zamanı obyektiv olaraq qeyd edib ki, Azərbaycan həmin sənədin hazırlanmasının bütün mərhələlərində öz töhfəsini verib və bu vacib sənədin imzalanması üçün konstruktiv təkliflər irəli sürüb. Dövlət başçısı obyektiv olaraq qeyd edib ki, hələ Konvensiyanın imzalanmasınadək Xəzər təhlükəsizlik, sabitlik dənizi olub, Xəzərdə təhlükəsizlik və sabitliyin təminatı isə Xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətləri olub”.

Ekspert bildirib ki, Xəzərdə məhz Azərbaycanın təşəbbüsü ilə yeni infrastruktur, logistika, nəqliyyat və digər layihələrin keçirilməsi vacibdir:

“Aktauda Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətinə çatdırdı ki, bu gün Azərbaycan Avrasiyanın vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və regionda vacib tranzit ölkə rolunu oynayır”.

Ekspertin sözlərinə görə, Azərbaycanın təşəbbüs göstərdiyi və reallaşdırdığı layihələr bütün Xəzəryanı dövlətlər üçün sərfəlidir, çünki iqtisadi imkanlarla yanaşı, bu layihələr regionda sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlib:

“Fikrimcə, bu Konvensiyanın imzalanması Azərbaycanın beynəlxalq tranzit ölkə qismində rolunu daha da gücləndirəcək və onun iqtisadi gücünü artıracaq”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

 

14 2018 17:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin