Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan nümayəndə heyəti Ukrayna Milli Elmlər Akademiyasının 100 illik yubileyində iştirak edib

Azərbaycan nümayəndə heyəti Ukrayna Milli Elmlər Akademiyasının 100 illik yubileyində iştirak edib

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev daxildirlər.

www.science.gov.az saytı yazır ki, tədbirdə çıxış edən AMEA rəhbəri A. Əlizadə  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda elmin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu gün iki ölkənin ali elm ocaqları arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. UMEA-nın 100 illik tarixində böyük inkişaf yolu keçdiyini deyən akademik A.Əlizadə bu qurumun nəinki ölkəsi, həm də xarici dövlətlər üçün yüksəkixtisaslı kadrlar yetişdirdiyini diqqətə çatdırıb. 

Konfransda xarici ölkələrin elm ocaqlarının daha koordinasiyalı şəkildə fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb. Akademik Akif Əlizadə UMEA-nın 100 illik yubiley medalı ilə təltif olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

7 Dekabr 2018 17:54 - ELM
ELM
14 Yanvar 2019 | 11:54
Günəş məhv olduqdan sonra...
12 Yanvar 2019 | 11:01
Elm dünyası şokda

Ən son xəbərləri səhifəmizdən də izləyin