Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünün müraciəti həllini tapdı

Məcburi köçkünün müraciəti həllini tapdı

Laçın rayonu Qorçu kəndindən məcburi köçkün, Bərdə rayon Xəsili kəndində Quşçuluq fermasında məskunlaşmış Şahverdiyev İnşallah Fətullah oğlu yaşayış şəraitinin olmaması və ünvanlı dövlət sosial yardımı almaması ilə əlaqədar sosial şəbəkə vasitəsilə müraciət yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, həmin müraciətlə bağlı nazilriyin əməkdaşları tərəfindən araşdırma aparılıb.  Və araşdırma nəticəsində məlum olub ki, vətəndaşın ailəsi altı nəfərdən ibarətdir. Ailə üzvlərindən iki nəfəri II qrup əlilliyi olan şəxs, digər iki üzvü isə əmək qabiliyyətli olsa da, heç bir yerdə işləmirlər. Bu səbəbdən ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bununla bağlı vətəndaşa qanunvericilik ətraflı izah edilib.

İ.Şahverdiyev sayğac olmaması üçün elektrik enerjisindən istifadə edə bilmədikləri problemini də bildirib. Vətəndaşın mənzilinin sayğac və elektirik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti qurumla danışıqlar aparılıb. Dekabrın 4-də sayğacın quraşdırılması və elektriklə təmin olunması həyata keçirilib.

Eyni zamanda ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin edilməsi, özünüməşğulluq proqramına qoşulması üçün müvafiq işlər aparılır. İ.Şahverdiyev bu proqrama qoşulmaqla yaxın vaxtlarda təlimlərdə iştirak edəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Dekabr 2018 12:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə