• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkəsəndə 24.5 kilometrlik yolun tikintisi yekunlaşır

Daşkəsəndə 24.5 kilometrlik yolun tikintisi yekunlaşır

Uzunluğu 24,5 kilometr olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsində işlər artıq yekunlaşır.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Bu çərçivədə hazırda torpaq işləri bitənərazilərdə, daha dəqiqi 150 min kvadratmetrə  yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

14 2018 16:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin