• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb

Qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb

Bu ilin ilk yeddi ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb. Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 71,1 faizi məhsul istehsalı obyektlərinin, 21,1 faizi xidmət sahələri üzrə obyektlərin, 7,8 faizi isə ümumi sahəsi 1097,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,6 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 24,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

14 2018 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin