• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Azərbaycanda sahələrdən 3017289 ton buğda və arpa yığılıb

 Bu il Azərbaycanda  sahələrdən 3017289 ton buğda və arpa yığılıb

Nazirlikdən aldığımız məlumata görə, ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb. Ümumilikdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 ha) aparılıb.

Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib.

Bu il ölkə üzrə 3017289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2031654 tonu buğda, 937090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226365 ton artıq buğda, 124570 ton arpa artıq yığılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

14 2018 16:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin