Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar universitetdə 700 bal toplayan tələbə ilə görüş keçirilib

Dövlət İmtahan Mərkəzi iyulun 26-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanlarda II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent maksimum nəticə göstərib. 700 bal toplayanlardan biri də Gəncə şəhər 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir. Onun valideynləri- Mahil Məmmədov və Maral Məmmədova Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlarıdır. Qardaşı Tural Məmmədli isə universitetin tələbəsidir.

 

Bu münasibətlə universitetdə təşkil olunan yığıncaqda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Selcan Məmmədlini, onun valideynlərini  təbrik etmiş, uğurlar arzulamış və Selcana hədiyyə vermişdir. Görüşdə iştirak edən universitet əməkdaşları da valideynləri təbrik etmiş, istedadlı övlad böyütdüklərinə görə  onlara minnətdarlıqlarını bildirmişlər.

 

Qeyd edək ki, birinci qəbul imtahanından 676 bal toplamağına baxmayaraq Selcan bu nəticə ilə razılaşmamış və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə etmişdir

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri
.

 

30 2018 17:27 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə