Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Naxçıvan” Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli 774 s nömrəli sərəncamına uyğun olaraq 2018-ci il üçün fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertanturaya QƏBUL ELAN EDİR

Doktoranturaya (ödənişli əsaslarla)
1. 5308.01   Ümumi iqtisadiyyat 1 yer 
2. 5311.01   Müəssisələrin təşkili və idarə olunması 1 yer
3. 5401.01   İqtisadi coğrafiya 1 yer
4. 5718.01   Dünya ədəbiyyatı 1 yer
Dissertanturaya (ödənişli əsaslarla)
1. 1204.01   Həndəsə   1 yer
2. 2417.01   Botanika   2 yer
3. 3338.01   Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi   2 yer
4. 5311.01   Müəssisələrin təşkili və idarə olunması   2 yer
5. 5401.01   İqtisadi coğrafiya   1 yer
6. 5718.01   Dünya ədəbiyyatı   1 yer
7. 5801.01   Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası 
                     (təhsilin sahələri və səviyyələri üzrə)                             2 yer
8. 5804.01  Ümumi pedaqogika, pedaqogikanın və təhsilin  tarixi   3 yer
9. 5807.01   Etnopedaqogika     1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, 
dissertantlıq yolu ilə təhkim olunma müddəti 4 ildir. 
Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- “Naxçıvan” Universiteti rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və ona əlavənin 
müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlər 2018-ci il dekabrın 17-dən 2019-cu il yanvarın 15-dək qəbul edilir.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsilin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Qəbul imtahanları 2019-cu il yanvarın 16-dan 30-dək keçiriləcəkdir.
Dissertanturaya qəbul müsahibə yolu ilə aparılır.
Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi, “Naxçıvan” Universiteti şəhərciyi.
Əlaqə telefonu: (036) 545-07-45.
7 Dekabr 2018 01:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə