Ən son xəbərlər

Son buraxılış
Arxiv

ETSN əməkdaşlarının Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib

ETSN əməkdaşlarının Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib

Binəqədi rayonu ərazisində ekoloji vəziyyətin təhlili və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının Binəqədi  Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib.                  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,görüşdə Binəqədi rayonunda mövcud olan ekoloji problemlər və onların həlli istiqamətində müzakirələr aparılıb. Əsasən metallurgiya müəssisələrinin, ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosfer havasına atılan tullantıların qarşısının alınması, bərk məişət tullantılarının düzgün idarə olunması, yeni yaşıllıq massivlərinin salınması üçün boş torpaq sahələrinin ayrılması hesabına yaşıllıq sahələrinin miqyasının ümumi rayon ərazisinin 20 faizinə çatdırılması və quru ağacların yerində yenilərinin əkilməsi məsələləri müzakirə olunub.

Belə görüşlərin digər rayonların icra hakimiyyətləri ilə də keçirilməsi nəzərdə tutulub.  

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 19:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin