Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbuat konfransı keçirilib

Mətbuat konfransı keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqdisadiyyat Nazirliyi ilə birgə mövcud sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatları, onlardan səmərəli istifadə və tətbiqi sahələri ilə bağlı sahibkarlar üçün təqdimat keçirib. 

Təqdimat mərasimində Respublika ərazisində mövcud qeyri-filiz, mineral xammal ehtiyatlarının miqdarı, yerləşmə əraziləri, istismar imkanları və tətbiq sahələri barədə məlumat verilib. Sahibkarlara qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların dayanıqlı inkişafının təmin olunması məqsədi ilə istismara cəlb edilə biləcək xammal ehtiyatlarının xarakteristikasını, sənayedə əhəmiyyətini əks etdirən materiallar  təqdim olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin  məlumatına görə,tədbirdə məlumat verilib ki, inşaat materialları kimi istifadə edilən qum-çınqıl, əhəngdaşı, qum, gil mineral xammal ehtiyatları ümumi mineral xammal bazasının təqribən 50 faizini əhatə edir ki, bunların da bir qismində istismar işləri həyata keçirilir. Sənayedə istifadə olunan seolit, kükürd, barit, xörək duzu, daş kömür, mineral boyalar, şüşə xammalı, əlvan daşlar və bu kimi digər faydalı qazıntı ehtiyatlarının istismarına da geniş şəraitin olduğu görüş iştirakçılarının diqqətinə çatdırılıb.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 19:29 - EKOLOGİYA
EKOLOGİYA
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib
4 Dekabr 2018 | 17:58
Yaponiyada yay havası

Ən son xəbərləri səhifəmizdən də izləyin