Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Əlibaba Kərimov və Siyəzən rayon sakini İsa Səmədov olduğu müəyyən edilib. Onlardan ovlanması qadağan edilən 2 uzunburun, 4 nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 19:25 - EKOLOGİYA
EKOLOGİYA
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib
4 Dekabr 2018 | 17:58
Yaponiyada yay havası

Ən son xəbərləri səhifəmizdən də izləyin