Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda bildirilir ki, hazırda dəmir yolunun Hacıqabul stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Hazırda  dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə əvəz olunub.

 

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”

6 Dekabr 2018 19:17 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin